Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ

21:57 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı - Pərvin Əzimov və Orxan Səmədzadə ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - XİN rəsmisi bildirib.